[email protected] +994997971227

Vizuallaşdırmada maraqlı tendensiya- Data necə “dadır”?

Əsas səhifə >Data bloqu >Vizuallaşdırmada maraqlı tendensiya- Data necə “dadır”?

Vizuallaşdırmada maraqlı tendensiya- Data necə dadır?

Çox güman ki, bu sual haqda əvvəllər düşünməmisiniz, amma data vizuallaşdırma mütəxəsisi Suzan Caşko (Susanne Jaschko) və Morits Ştefaner (Moritz Stefaner) qərara gəliblər ki, belə bir sual versinlər və həm də cavablandırsınlar.

Bir balıq qızartması düşünün ki, içindəki inqrediyentlər yerli balıqçılıq haqda sizə məlumat verir. Və yaxud bir pizza düşünün ki, Helsinki əhalisi haqda sizə bilgi versin. Bir qutu şokoladın sizə əhalinin müxtəlf ölüm səbəblər barədə informasiya ötürməsini xəyal edin.

Bunlar sadəcə olaraq çoxlu gözəl və dadlı data vizuallaşdırmadan bir neçəsidir ki, Caşko və Ştefaner tərəfindən idarə olunan Data Cuisine atelyesindən çıxmışdır. İştirakçılar yerli məlumatla (data ilə) təmin olunurlar və onlardan xahiş olunur ki, xüsusi və ya şəxsi məna kəsb edən məlumatları (dataları) onların arasından seçsinlər. Onlar daha sonra müasir mətbəxdə həmin məlumatın yeyilə bilən vizuallaşdırılmış formasını peşəkar şefin köməyi ilə yaratmağa çalışırlar.

Nəticə gözoxşayan, dadlı və ilham vericidir.

Əlbəttə ki, qida çap olunan qrafiklərdən və diaqramlardan daha dəyərsiz vasitədir. Bəs burda xeyir hardadır? Ştefaner deyir ki, ola bilsin ki, qidalar dəyərsiz vasitələrdir, amma bu onların daha yaxşı yadda qalması gerçəyini dəyişdirmir. “Qidanın vizuallardan daha çox üzü, fasadı var (qrafiklər maksimum 3D və ya 4D ola bilir). Əlavə olaraq qrafiklərlə edə biləcəyiniz hər şeyi (formalar, rənglər, kölgələr) qidalarla da edə bilərsizin. Hətta siz 3D effektlərlə, qidanın dadı ilə, quruluşu ilə, temperaturu ilə oynaya da bilərsiniz.”

Bu data vizuallaşdırmasına başlamaq üçün daha çətin və intensiv yoldur, amma daha yaxşı yadda qalandır. Qonaqları siyasətçilərdən, menecerlərdən, alimlərdən ibarət olan bir data nahar qonaqlığı düşünün ki, hər fəaliyyət dairəsinə aid olan əsas datalara sahib olan qidalarımız olacaq.

Bu yeməklər  özü-özlüyündə sadecə slayddakı sadə diaqram və qrafiklər deyil. Belə ki, o həm fiziki, əllə tutula bilən göstərici, həm də yadda qalan data təcrübəsidir.

“Data yeməkləri insanı təəccübləndirir”, Caşko dedi. “Data haqqında müzakirə və onun analizi üçün ideal başlama nöqtəsi yeməkdən dərhal sonradır.”

Əslində buradakı nəzəriyyə insanların bütün hissləri ilə datanı beyinlərinə “yedizdirməsidir” ki, belə olduqda datanı insanlar daha yaxşı başa düşürlər və beləcə onu daha çox bəyənirlər.

“Biz bilirik ki, öyrənmək prosesi analitik anlayışdan tamam fərqli bir şeydir” Caşko müsahibəsində qeyd edir. “Nə zaman ki biz öyrənmə işinə öz hisslərimizi də qatırıq, biz daha yaxşı xatırlayırıq. Data vizuallaşdırması bizə datadakı vacib aspektləri görməkdə kömək edir. Data yeməklərinin istehlakı oradakı datanın analizini xüsusi hissi təcrübə ilə əlaqələndirir, onları bir-birinə bağlayır.”

Morits və Caşko öz proyektlərini hər kəsə açıq mənbə kimi düşünürlər və ümid edirlər ki, dünyadakı hər hansı bir insan bu konsepti görəcək və onu genişləndirməyə çalışacaq. Onların halhazırki işi dizayn və tədqiqat proyekti üzərində olsa da onlar ümid edirlər ki, gələcəkdə metod və format biznes idarə etməsi (business management), PR (public relations) və korporativ menecment (corporate management) də daxil olmaqla digər kontekslərə də şamil olunacaq.

Onlar öz ideyalarını atelyelərinin, veb səhifələrinin və gələcəkdə bu proyekt üzrə olacaq kitablarnını hesabına insanlara çatdırmağı arzulayırlar.

 

Əli Kazımov

None