[email protected] +994997971227
Yüksək keyfiyyətə zəmanət

Professional Reporting with Power BI

Əsas səhifə >Təlimlər >Professional Reporting with Power BI
Təlimçi-Mentor:
Nəcməddin Kazımlı, Sevinc Hüseynova
Təlimin qiyməti:
250 AZN (aylıq)
Təlimin müddəti:
1.5 ay (30 saat)
Tələbələr üçün:
200 AZN (aylıq)
Praktiki Power BI ilə Reporting təlimində datanın təmizlənməsini, vizuallaşdırılmasını, Marketing, Risk, və Maliyyə hesabatlarının qurulmasını öyrənəcəksiniz.

Təlim haqqında

Biznesin intellektual təhlili şirkətin inkişafına kömək etmək və böyük nəticələrə nail olmaq üçün daha yaxşı qərarların verilməsində məlumatların düzgün və səmərəli istifadəsini tələb edir. Microsoft şirkətinin təqdim etdiyi Power BI proqramı məlumatların təhlili və proqnozlaşdırılmasını təmin etməklə ən çox istifadə olunan vasitələrdən biridir. Kurs müddətində Power BI-ın hesabatları n avtomatlaşdırılmasındakı mühüm rolu vurğulanacaq və iş dünyasında datanın necə dəyərə çevrildiyi nümunə hesabatlar üzərində göstəriləcək. 6 həftəlik proqram daxilində siz databazaların təhlükəsiz və səmərəli qurulması, dataların təmizlənməsi, vizuallaşdırılması, dashboard və reportların hazırlanması və son istifadəçilərlə paylaşılması haqqında ən vacib və tam praktiki, müasir iş dünyasının tələblərini qarşılayan bilik və bacarıqlara yiyələnəcəksiniz.

Kurs müddətində təlimçi sizə Microsoft-un beynəlxalq DA-100 imtahanına hazırlıq üçün mentorluq edəcəkdir.

Təlimçi haqqında

Sevinc Huseynova -  Microsoft Certified Data Analyst Associate.
Hazırda Paşa Bankda Risklərin İdarə etməsi üzrə mütəxəssis kimi çalışır. 3 ildən artıq təlimçilik təcrübəsinə sahibdir. 
Qafqaz Universitetinin Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr təhsili almışdır. 2018-ci ildə ADA Universiteti və Paşa Bank tərəfindən təşkil olunmuş 1ci Big Data Hackathon yarışmasının qalibidir.

 

Nəcməddin Kazımlı – Microsoft Certified Data Analyst Associate.

Hazırda Paşa Bankda Senior Risk Analyst olaraq çalışır. Həmçinin, UNEC-də Risk Menecment üzrə pedaqoji fəaliyyət göstərir. Daha öncə Xalq Bankda Leading Risk Analyst, Veysəloğlu Şirkətlər Qrupunda Financial Controller olaraq çalışmışdır. Bakalavr təhsilini Qafqaz Universitetində, Magistr təhsilini Dövlət İdarəçilik Akademiyasında almışdır.

Təlimin metodu

Hər mövzu sonunda siz sərbəst iş və tapşırıqlarla qarşılaşacaq, Marketing, Risk, KPİ və Maliyyə hesabatlarının necə qurulduğunu öyrənəcəksiniz. Təlimin sonunda isə  proyekt üzərində işləyərək öz hesabatlarını fərdi şəkildə tamamlayacaqsınız. Təlim proqramı ərzində mentorluq dəstəyi göstəriləcək. Verilən tapşırıqların həllinə və dərsdəki davamiyyətə uyğun olaraq sertifikat təqdim olunacaq.

Təlimin proqramı

Section 1: Introduction
Section 2: Level 1: Creating and formatting a table
visualization
Section 3: Level 2: Formatting our first visualization
Section 4: Level 3: 8a. Creating different visualizations:
Matrices and bar charts
Section 5: Level 4: Adding more control to your
visualizations
Section 6: Level 5: 8a. Other visualizations
Section 7: Level 6: Mapping
Section 8: Level 7: 6. Measure performance by using
KPIs, gauges and cards
Section 9: Part 1 Level 8: Other Visualization Items 
Section 10: Part 2 Get and Transform Data: Level 1 -
Home Part 1
Section 11: Part 2 Level 1 - Get Data - Home
Section 12: Part 2 Level 2 - Getting Multiple files
Section 13: Part 2 Level 3 - Transform Menu
Section 14: Part 2 Level 4 - Transform - Text and
Numbers
Section 15: Part 2 Level 5 - Transform - Dates and Time
Section 16: Part 2 Level 6- Add Columns, View and Help
Menus
Section 17: Part 2 Level 7 - View and Help menus and
advanced functionality
Section 18: Part 2 Level 8 - Get other types of data
Section 19: Part 2 Level 9 - Other Get and Transform
Section 20: Part 3 Level 1 - An introduction to DAX
functions, including Logical functions
Section 21: Part 3 Level 2 - Statistical functions
Section 22: Part 3 Level 3 - Mathematical functions
Section 23: Part 3 Level 4 - Text functions
Section 24: Part 3 Level 5 - Information Functions
Section 25: Part 3 Level 6 - Filter and Value Functions
Section 26: Part 3 Level 7 - Time Intelligence Functions
Section 27: Part 3 Level 8 - Other Modeling and DAX
Section 28: Part 4 Section 1 - An Introduction to the
Power BI Service
Section 29: Part 4 Section 2 - Power BI Pro and adding
users
Section 30: Part 4 Section 3 - Row and Object Level
Security
Section 31: Part 4 Section 4 - Dashboards
Section 32: Part 4 Section 5 - Manage datasets
Section 33: Part 4 Section 6 - Create and manage
workspaces

Onlarla Data SoCool tələbəsi hazırda aparıcı şirkətlərdə və dövlət qurumlarında çalışır. Növbəti siz ola bilərsiniz. #PeşəkarDataTəhsili

Dərslər hansı saatlarda keçirilir?

Həftədə iki dəfə keçirlən dərslər həm işləyən, həm tələbələrə uyğun olması üçün həftə içi iş saatlarından sonra və həftə sonu keçirilir.  

Bu sahədə yeniyəm, hansı təlimdən başlamalıyam?

Qeyd edək ki, sıfırdan bu sahədə karyera qurmaq istəyirsinizsə, dərslərə başlamaqdan öncə Karyera Məsləhətçisi tərəfindən sizə Peşəkar İnkişaf Planı hazırlanacaq və bu plan üzrə peşəkar bacarıqlar əldə edəcəksiniz.
Data Science sahəsində karyera qurmağınız üçün ilk öncə hər bir Data Scientistin bilməli olduğu databaza ilə işləmə bacarıqlarını əldə etmək üçün Oracle Database SQL təliminə qoşulmağınız tövsiyə olunur. Daha sonra Data Science üçün əsas önəmli olan güclü statistik baza formalaşdıra, statistik analizlər və modellər qurmağı öyrənə və bu bacarıqları tətbiq etməyi mənimsəyəcəyiniz "R ilə Data Science" və ya "Python ilə Data Analitikası" təlimimizə qoşula bilərsiniz. Daha sonra isə Üçüncü önəmli mərhələ isə Business Intelligence öyrənməkdir. Professional Visualization and Reporting with Power BI təlimini qoşularaq datanın vizuallaşdırılması bacarıqlarına da tam hakim ola bilərsiniz. Qeyd edək ki, tədris proqramlarımız həm yerli, həm xarici bazar perspektivləri üçün hazırlandığından hər üç təlimi bitirdikdən sonra bu bacarıqlarla ölkəmizlə yanaşı həmçinin, Avropa ölkələri və Amerikada da bu sahədə çalışmağınız üçün kifayət bilik və bacarıqlara sahib olacaqsınız. 

Dərslər praktikidir mi?

Dərslər Layihə əsaslı təhsil metodunda tədris edildiyi üçün bütün dərslər praktikidir və buna görə də, dərslərə komputer gətirməyiniz tələb olunur. Təlim proqramının sonunda öyrəndiyiniz bilik və bacarıqlara əsasən təqdim edilmiş biznes probleminin həllinə uyğun Capstone layihə tapşırığı üzərində işləyəcəksiniz.

Təlimə qoşulmaq üçün ilkin bilik tələb olunur mu?

Xeyr, təlim sıfırdan başlayanlar üçün dizayn olunduğundan başlamaq üçün ilkin bilik tələb olunmur.