[email protected] +994997971227

Xaricdə data sahəsində təhsil imkanları

Əsas səhifə >Data bloqu >Xaricdə data sahəsində təhsil imkanları

Xaricdə data sahəsində təhsil imkanları

Bu dəfəki bloqum üçün bu mövzunu seçməyimin əsas səbəbi insanların bu mövzuda tez-tez suallar verməsi və cavabını tapmaqda çətinlik çəkməsidir. Elə buna görə də, bu yazımda xaricdə data sahəsində təhsil almağın üstünlükləri, necə müraciət etmək olar, bu sahədə hansı universitetlər vardır kimi suallara cavab tapmağa çalışacayıq.

Azərbaycan xaricindəki universitetlər tərəfindən təklif olunan data elm proqramları içərisi qarışıq bir qutu kimidir. Bunlar ucuzdan bahaya, spesifikdən ümumiyə qədər, ultra-texniki baxımdan fərqlənir. Xaricdə data elmini öyrənməyi düşünürsünüzsə, şəxsi maraqlarınız və şərtlərinizin uyğun olduğu proqramları ayrıca araşdırmaq gərəkdir. Gəlin ilk öncə ən çox verilən bəzi suallara qısa aydınlıq gətirək.

Nəyə görə xaricdə təhsil?

Data science proqramına müraciət etməzdən əvvəl bu elmi niyə xarici ölkədə davam etdirmək istədiyiniz barədə dəqiq bir təsəvvürünüzün olması vacibdir. Əsas amillər kimi bu ölkələrdə analitika və data elmi üçün daha güclü bir bazarın və buna görə daha yaxşı iş imkanlarının olmasını və ya sadəcə bu ölkədə olan dostlar və ailələri göstərə bilərik. Azərbaycan universitetlərindən əldə edilən bacarıqlar data alimi olmaq üçün müəyyən qədər yetərli olsa da, xarici bir universitetdən bu bacarıqları əldə etmək dəbi hələ də öz üstünlüyünü saxlamaqdadır. Burada vurğulamaq lazımdır ki, xarici universitetlərdə magistratura kursu bitirmək ölkədə olan məşğulluğun artırılmasına təkan verir.

Əsas tələb olunan biliklər nələrdir?

Akademik ilkin şərtlər:

Xarici universitetdə bir MS (Masters) kimi Data Science-da qabaqcıl bir dərəcəyə yiyələnmək, adətən, namizəddən riyaziyyat və hesablama proqramlaşdırmasında güclü bir təməl ilə yanaşı, kompüter elmləri, xətti cəbr və statistika anlayışına sahib olmağı, strukturlaşdırılmış proqramları yazmaq, dəyişənləri anlamaq, məlumat növləri, əsas məlumat strukturları ilə tanışlıq da tələb edir.

Bunlar sadəcə təməl bacarıqlardır, lakin hər universitet üçün fərqli tələblər də vardır. Ümumi olaraq, data science üçün lazımi və ümumi tələb olunan biliklərə aşağıdakılar daxildir:

  • Komputer elmləri
  • Statistika
  • Fizika
  • İctimai elm
  • Riyaziyyat
  • Tətbiqi riyaziyyat
  • İqtisadiyyat

Əlavə olaraq, universitetdən asılı olaraq, bəzi magistr dərəcələri; Ingilis dili göstəricisi: IELTS və ya PTE və ya TOEFL;  giriş imtahanı: GRE və GMAT (Sözsüz ki, ən yüksək reytinqli universitetlər bu imtahanlarda yüksək bal tələb edir, buna görə də nə qədər çox bal toplamısınızsa, seçdiyiniz universitetə qəbul olma şansınız da bir o qədər yüksəkdir), CV (Bu universitetlər ən son, yenilənmiş və təhsil, iş tarixlərinizin göstərildiyi, Data Science proqramı ilə əlaqəli kurs işləri və ya hər hansı digər müvafiq təcrübə barədə düzgün məlumatları əks etdirən CV tələb edə bilərlər), tövsiyə məktubu (Əksər universitetlər müəllimlərinizdən və ya əvvəlki işə götürənlərinizdən alacağınız ərizə ilə birlikdə iki-üç tövsiyə məktubu) tələb edə bilərlər.

Ən uyğun ölkəni necə seçməli?

Bir çoxları fərqli bir ölkədən ali təhsil almağa son dərəcə maraq göstərsə də, müraciət prosesindən xəbərsizliyi, ölkə və proqramlara necə müraciət edildiyini bilmədiyi səbəbindən bu istəyindən əl çəkir.

Data Science sahəsi üzrə ən yaxşı top 5 ölkə

ABŞ-Data Science-də MSc proqramı üçün ən məşhur və uyğun olan ölkələrdən biridir. Ölkədə tələbələrə verilən biliklərə görə məşhurlaşan bir neçə yüksək dərəcəli universitet var. ABŞ-da Data Science üzrə təhsili almağı seçmək üçün digər bir səbəb iş imkanlarının çox olması və aparıcı həyat tərzidir. ABŞ-da Data Science üzrə magistrlərin müddəti 1 və ya 2 ildir.

ABŞ-da Data Science Proqramları üçün uyğunluq meyarlarına İngilis Dilindən IELTS və ya TOEFL nəticələri aiddir. GRE balı hər bir universitet üçün məcburi tələb deyildir, lakin bəzi universitetlər bu nəticələri tələb edə bilərlər.

ABŞ-da yaşayış xərcləri də çoxdur, lakin tələbələr təqaüd əldə etməklə, bu xərcləri idarə edə bilərlər. MS proqramları üçün fond imkanları həm ümumi, həm də universitet əsaslı maliyyə yardımı proqramlarında mövcuddur. Lakin təqaüd məbləği ümumiyyətlə bütün xərcləri ödəmədiyi üçün şəxslər təhsil kreditlərinə də üstünlük verə bilərlər.

Avstraliyada Data Science Magistrləri yüksək qiymətləndirilir və bu sektorun işçiləri yüksək maaşla təmin olunur. Data elmləri üzrə magistratura kursları Avstraliyanın bir neçə universitetində təklif olunur və bir çox beynəlxalq tələbə də magistratura kurslarını bu ölkədə oxumağı seçir. Avstraliya texnologiya və data idarəetmə kursları üçün əsas yerlərdən biridir. Avstraliyada Data Science-də MSc-in müddəti 1,5 ildən 2 ilə qədərdir.

Avstraliyada Data Science Magistr kurslarına qəbul olmaq meyarlarına IELTS və PTE balları aiddir. GRE balları Avstraliyada Data Science-i öyrənmək üçün məcburi bir tələb deyildir. Orta tələblər haqqında məlumat əldə etmək üçün şəxslərə universitetin veb saytına müraciət etmək tövsiyə olunur.

MS Data Science Avstraliya ödənişləri ABŞ-a nisbətən daha ucuzdur və beynəlxalq tələbələr üçün təqaüd imkanları verilir. Bu kurslar üçün təhsil kreditləri də verilir, beləliklə, fiziki şəxslər maliyyə yardımı üçün bank qurumlarına müraciət edə bilərlər. Bank kreditlərinin əksəriyyəti xaricdə təhsil almağın bütün əsas xərclərini ödəyir.

Kanadada Data Science üzrə magistr kursları bir sıra ən yaxşı universitetlərdə təklif olunur. Kanada da təhsili bitirdikdən sonra çoxsaylı iş imkanları təklif edən bir ölkədir. Kanadada təhsil almağın əlavə bir faydası daimi yaşayış üçün vizaların asan bir proseslə əldə edilə bilməsi, fərdi yaşayış yerləri üçün məskunlaşma imkanlarının daha da asanlaşdırılmasıdır. Kanadada Data Science Magistrlərinin müddəti 1 və ya 2 ildir.

Kanadadakı Data Elmləri (MS Science) üçün uyğunluq meyarlarına IELTS və ya TOEFL balları daxildir, bəzi universitetlər GRE-ni məcburi bir şərt kimi tələb edə bilər. Orta tələblər universitetin veb saytında qeyd edilir, ətraflı məlumat almaq üçün universitetlə əlaqə saxlaya bilərsiniz.

Kanadada yaşayış xərcləri digər ölkələrlə müqayisədə də əlverişlidir. Buradakı universitetlər üçün təhsil kreditləri də verilir. Beynəlxalq tələbələr üçün də yardım və ya maliyyə yardımı proqramları mövcuddur.

Almaniya, şübhəsiz ki, Data Science və ya mühəndisliklə əlaqəli proqramları öyrənmək üçün arzu olunan istiqamətlərdən biridir. Ölkədə beynəlxalq tələbələr üçün bu elmi tədris edən bir sıra dövlət və özəl universitetlər var. Almaniyada Data Science Magistr kurslarının müddəti 1,5 və ya 2 ildir.

Almaniyada yerləşən Data Science aspirant proqramları üçün uyğunluq meyarlarına İngilis dili testi: IELTS və ya TOEFL balları daxildir. Almaniyanın universitetlərində GRE tələb olunmur. İldə 2 dəfə-yaz və qış müraciətləri qəbul olunur.(Müraciətlər yaz və qış vaxtlarında olur.)

Almaniyanın ən maraqlı və ən yaxşı tərəfi ali təhsil almaq üçün ucuz ölkələrdən olmasıdır. Almaniyadakı bir neçə dövlət universitetində təhsil haqqı tam olaraq ödənişsizdir. Bu əlverişli şərtlər səbəbindən bir çox tələbə təhsil almaq üçün Almaniyaya müraciət edir. Bu şərtlərə görə Almaniyadakı universitetlər son dərəcə rəqabətlidir. Almaniyada yaşayış xərcləri də əlverişlidir.

İngiltərədə dünyanın ən yaxşı tanınan universitetləri var və bura da Avropadakı Data Science Magistrləri üçün ən yaxşı yerlərdən biri hesab olunur. Birləşmiş Krallıqdakı bir neçə institut və kollec Data Science-də magistr proqramları təklif edir. Geniş tədris imkanları şagirdlərə Data Science-də karyera qurmaqda effektiv nəticələr əldə etməyə kömək edir.

MSc Data Elmləri kursu üçün təhsil haqqı universitetdən universitetə dəyişir və kurs üçün ödənişlər orta qiymətdədir. İngiltərədəki yaşayış xərcləri çox böyükdür, lakin tələbələr təhsil kreditlərinə müraciət edə bilərlər və bu da onlara xərclərinin çox hissəsini qarşılamağa kömək edər.

Ən uyğun proqram və universiteti necə müəyyənləşdirməli?

Ölkəni müəyyən etdikdən sonra növbəti böyük addım o ölkədə ən yaxşı universitetləri və ən yaxşı proqramları siyahıya salmaqdır. Aşağıda Data Science sahəsində ən yaxşı və məhşur olan universitetləri görə bilərsiniz:

  • Columbia University, USA
  • New York University, USA
  • University of Washington, USA
  • RMIT University, Australia
  • University of Technology Sydney, Australia
  • University of British Columbia, Canada
  • University of Western Toronto, Canada
  • Technische Universität Dortmund, Germany
  • Hochschule Darmstadt University of Applied Sciences, Germany
  • Imperial College London, UK
  • University College London, UK
  • University of Warwick, UK

Mühüm amillər sizin maraq dairəniz, proqramın ümumi mümkünlüyü, dəyəri, yerləşdirmə yardımı, təcrübə imkanı və s. ola bilər. Xarici universitetlərdə Data Science proqramı axtararkən yadda saxlaya biləcəyiniz vacib məqamlardan bəziləri bunlardır:

Kurikulum: Ən vacib bir cəhətdir və proqramın bütün müddəti ərzində nə öyrənəcəyinizi bilmək sizə kömək edir. Dərs işi, ümumiyyətlə, məcburi kurslara və seçmə dərslərə bölünür. Bəzi universitetlər artıq təcrübəli olduğunuz kurslardan imtina etməyi də təklif edir. Əksər universitetlərdə son semestrdə bir capstone (müstəqil) layihəsi olan 5-10 əsas kurs var. Əksər universitetlərin saytında mövcud olan tədris planına hərtərəfli baxmaq vacibdir.

Praktik Təlim və Sənayə ilə Əməkdaşlıq: Data Science praktik intensiv bir mövzu olduğundan praktik məşğələlərə maksimum təklif edən bir proqram seçmək vacibdir. Əksər xarici universitetlərdə capstone layihəsi 6-8 ay ərzində davam etsə də, əvvəlcədən yoxlanılması tövsiyə olunur. Universitetin yerləşməsi sizin üçün praktiki təlim və təcrübə proqramlarını araşdıra biləcəyiniz fürsət kimi mühüm rol oynaya bilər. Sözsüz ki, bu universitetlərin sənaye ilə daha yaxşı əməkdaşlığı praktik təcrübə əldə etməyinizə kömək olacaqdır.

Tarixlər və deadline(son müraciət tarixi):

ABŞ kimi bir çox xarici universitetlərdə yaz, yay və payız da daxil olmaqla çoxsaylı qəbul dövrü var. Şansınızı əldən verməmək üçün deadline-ları və hər dövrdə yenilikləri yoxlamaq vacibdir. Adətən payız sessiyası avqust ayında, yaz sessiyası yanvar ayında, yay isə iyun ayında aparılır. Müraciət prosesi bir il əvvəl başlayır.

Ödənişlər və Təqaüdlər:

Bir çox universitetdə tədris proqramları üçün müəyyən olunmuş ödənişlər olsa da, onlar təqaüd proqramları da təklif edirlər. Bu universitetlərin əksəriyyətində beynəlxalq tələbələr proqrama müraciət etdikləri zaman təqaüd proqramına qəbul olunurlar. Təqaüddə təhsil haqqı, hava səyahətləri, səhiyyə xərcləri və digər müavinətlər ola bilər. Bəzi universitetlər bunu sadəcə qəbul zamanı nəzərə alsalar da, digərləri üçün müvafiq internet saytından yoxlamaqla onlayn da müraciət etməli ola bilərsiniz.

Nəticə olaraq, xarici universitetlərdə ərizələrin işlənməsi həftədən aylara qədər davam edə bilər, buna görə öncədən kurslara düzgün şəkildə müraciət etməyiniz və tələb olunan bacarıqlara malik olmaq və əvvəlcədən lazım olunan sənədləri yığmaq tövsiyə olunur. Bu fürsətlərdən heç birini əldən verməmək üçün əvvəlcədən GRE, GMAT, TOEFL və digər imtahanlara hazırlaşmağa başlamaq da vacibdir.  

Hər kəsə bu yolda uğurlar arzu edirəm!

Qönçə Muradlı

Data Researcher