[email protected] +994997971227

Data SoCool ADNSU VII Məzun Karyera sərgisində iştirak edib

Əsas səhifə >Xəbərlər >Data SoCool ADNSU VII Məzun Karyera sərgisində iştirak edib

Data SoCool Peşəkar Data Təhsili Platforması dekabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən VII Məzun-Karyera sərgisində iştirak edib. 

Sərgidə 89 şirkət, o cümlədən, Data SoCool komandası da iştirak etmişdir. ADNSU tələbələrinin Data SoCool-da iş imkanları ilə yanaşı, data sahələrində karyera imkanlarına xüsusi marağı qeyd olunmalıdır. 2 saatdan artıq davam edən sərgidə bu sahələrdə karyera qurmaq istəyən tələbələrə datanın önəmindən, tətbiqlərindən, bu sahədə hansı bacarıqların vacibliyi haqqında tələbələrin suallarını cavablandırılmış, data sahələrində uğurlu karyera üçün məsləhətlər verilmişdir.

Qeyd etməliyik ki, sərgidə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar iştirak edib və qurumların stendləri ilə tanış olublar. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar, təcrübə proqramları barədə məlumat veriblər.

Azərbaycanda lider data təhsili şirkəti olan Data SoCool, datanın bütün tətbiq sahələrində 15-ə qədər təlimlə komandalarını inkişaf etdirmək istəyən korperativlərin və data sahələrində karyera qurmaq istəyən şəxslərin xidmətindədir.

Mərkəzdə keçirilən təlimlər barədə daha ətraflı məlumat almaq üçün www.datasocool.com saytına, 051 5971227 əlaqə nömrəsinə və ya Mərkəzin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.